UEFA Azərbaycanın iki futbol klubunun hesabına pul köçürüb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb:

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş aşağıdakı klublara ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb:

Zirə - 25.010 avro
Qəbələ - 26.140 avro