ABŞ-ın birinci xanımı Melania Tramp ailə həyatından danışıb.  Trampın ABŞ prezidenti seçilməsindən sonra onu kameralar önündə tez-tez reaksiya verib, biabır edən Melania Tramp yenə açıqlaması ilə diqqət çəkib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hər zaman müsahibələrində həyat yoldaşı Donald Trampbirinci xanım prezident Donald Trampla evli olmağın ən pis tərəfini açıqlayıb. 

O bu evliliyin ən pis tərəfinin fürsətçi insanlarla mübarizə aparmaq olduğunu deyib:

“İnsanların davamlı olaraq ərimi tənqid etməsi çox çətindir. Bir çox fürsətçi insanlarla mübarizə aparmaq Trampla evli olmağın ən pis tərəfidir. Bu insanlar mənim adımdan və ailəmin adından istifadə edirlər. Bunlar komediya ustası da, jurnalist də, kitab yazarl da ola bilir. 

İnsanların həyat yoldaşımı tənqid etməsi və bu cür şərhləri məni yaralamır. Problem odur ki, bu yazılanlar doğru deyil”