Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları çay kənarında gizlədilmiş pirotexniki vasitələr aşkar ediblər.

DSX-dən Unikal.org-a verilən məlumata görə, Sərhəd Qoşun­la­rının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olu­na­raq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.