Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik Azad Mirzəcanzadənin adını daşıyan muzeyin açılış mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, muzeyin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları akademik A.Mirzəcanzadəyə məxsus sənədlər, kitablar və böyük alimin şəxsi əşyalarından ibarət eksponatlarla tanış olublar.  

ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademikin ADNSU-dakı fəaliyyəti haqqında qonaqlara məlumat verib.

Sonda iştirakçılar görkəmli alim A.Mirzəcanzadə haqqında xatirələrini və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, muzey Qaz-neft mədən fakültəsinin “Neft-qaz mühəndisliyi” kafedrasının balansına verilib.