Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun qızı rəssam və heykəltəraş Aydan Salahovanın Moskvada 1 milyon rubldan çox dəyəri olan 2 rəsm əsəri oğurlanıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarından məlumat yayılıb. Mənbənin verdiyi məlumata görə, hazırda rəsm əsərlərini oğurlayan şəxs polis tərəfindən saxlanılıb. Mənbə saxlanılan şəxslə bağlı belə açıqlama verib:

“Rəsm əsərlərini oğurlayan şəxs Salahovaya onları baha qiymətə qaytaracağına söz versə də, sonradan fikirndən daşınıb. Oğru onunla əlaqə yaratmayıb. Bundan sonra rəssam da polisə müraciət edib”.