Quba rayonunda yol qəzasında xəsarət alan qadın ölüb.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə bu il noyabrın 28-də qeydə alınıb. 

Belə ki, 1960-cı il təvəllüdlü Səhər Hacıyevanın müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində MAN markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik maşınının üstünə çıxıb. Nəticədə "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır.