Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin noyabr ayı ərzində 195/6 Çağrı Mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.

Komitədən Unikal.org-a verilən məlumata görə, Çağrı Mərkəzinə şəxslər tərəfindən ünvanlanan 2467 müraciət cavablandırılıb.

Qeyd etmək istərdik ki, bundan sonra da DGK Çağrı Mərkəzinə edilən müraciətlərlə bağlı statistik məlumatları mütəmadi olaraq ictimaiyyətə açıqlayacaq.