Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerləşən “Kral qızı” su anbarının ötürücü qapaqlarından biri leysan səbəbindən sıradan çıxıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, jandarm və fövqəladə hallar idarəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Daşqın təhlükəsinə qarşı önləyici tədbirlər görülür.

Qeyd edək ki, "Kral qızı" su anbarı Dəclə çayının üzərində yerləşir.