Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan rəhbərləri həll edə bilər, beynəlxalq vasitəçilər ötən illər ərzində vəziyyətin real nizamlanması üçün heç nə etməyiblər.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuat nümayəndələri ilə görüşü zamanı bəyan edib.

A.Lukaşenko hesab edib ki, Minsk qrupu bu onilliklər ərzində Dağlıq Qarabağla bağlı heç bir şey etməyib və iki prezident oturub, “Gəlin problemi həll edək” deməsələr, vasitəçilər heç nə etməyəcəklər”.

Belarus Prezidenti Aleksandr LukaşenkoErmənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə belaruslu namizədin əleyhinə çıxış etməsinə görə narazılığını bildirib: "KTMT baş katibini seçə bilməməyimiz rüsvayçılıqdır. Ümumiyyətlə, Ermənistan rəhbərliyi KTMT-nin digər ölkələrinə güzəştə getməlidir. Çünki məhz onlar təşkilatı daxili siyasi problemlərinə bulaşdırıb".