İstanbulun Başakşehir bölgəsində  6 min lirəlik dəmir materialını oğurlayan 2 nəfər təhlükəsizlik kamerasına düşüb. Unikal.org xəbər verir ki, hadisə bazarertəsi günü şirkətlərin birində baş verib. Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Polis hadisənin sabahı oğurlanan dəmirlərin daşındığı yük maşınını saxlayıb.  Oğurlanan 6 min lirəlik material həmin yük maşınında olub. Hadisə ilə bağlı kamazda olan şəxslər S.Y və Azərbaycan əsilli H.C saxlanılıb.

Saxlanan hər iki şəxs sərbəst buraxılıb.