23 May 2019
750 milyon insan ölkəsini tərk etmək istəyir - ARAŞDIRMA
750 milyon insan ölkəsini tərk etmək istəyir -ARAŞDIRMA ARAŞDIRMA 20:01 2018-12-14

ABŞ-ın "Qallup" araşdırma şirkəti dünyada yaşadığı ölkədən köçmək istəyənlərin sayını açıqlayıb.

Unikal.org xəbər verir ki, şirkətin apardığı araşdırmaya görə, 750 milyon insan öz ölkəsindən köçmək istəyir.

2015-2017-ci illəri əhatə edən araşdırmada yaşadığı ölkəni tərk etmək istəyənlərin çoxu yaşamaq üçün ABŞ-ı seçib. Belə ki, sorğuda iştirak edənlərdən 160 milyonu ABŞ, 47 milyonu Kanada, 24 milyonu Səudiyyə Ərəbistanı, 42 milyonu isə Almaniyada yaşamaq istədiyini bildirib.