Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.

Unikal.org "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyəti müzakirə ediblər: “Danışıqlar zamanı tərəflər təhlükəsizlik və terrorla mübarizə məsələlərini, habelə Suriyadakı son vəziyyəti müzakirə ediblər. Həmçinin Suriyada daha yaxından əməkdaşlıq etmək barədə razılığa gəlinib”.