Türkiyəyə yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

Unikal.org xəbər verir ki, qarın yağması nəticəsində yollar buz bağlayıb, 844 kəndlə əlaqə kəsilib. Bir sıra bölgələrində məktəblər tətilə buraxılıb.

Türkiyənin daha çox şərq və cənub-şərq bölgəsində problemlər müşahidə edilir. Qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.