Bakıda işə getmək adı ilə evdən çıxan şəxs itkin düşüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Nobel prospekti 84, ev 5-də yaşayan, 1996-cı il təvəllüdlü Quliyev Süleyman İldırım oğlu dekabrın 11-də səhər saat 07 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.