Dünən Azərbaycan Respublikası ərzisində baş verən hadisələrin xronikası açıqlanıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 46 cinayətin açılması təmin olunub.   
Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.  
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.