Bakıda avtomobillərdən oğurluq edən keçmiş məhkumlar tutuldu.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Elbrus Sultanovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 24-də rayon ərazisində daha bir evdən 750 manat oğurlaması da müəyyən edilib. Oğurluq etdiyinə görə tutulmuş M.Sarıyevin daha 1 avtomobildən oğurluq, habelə 1 qadına qarşı dələduzluq etməsi də müəyyən edilib.
Oğurluq etdiyinə görə tutulmuş Mustafa Sarıyevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 1 avtomobildən 200 manat pul və 2 ədəd ətir oğurlaması, habelə 1 qadına qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.