Əməkdar artist Nərgiz Cəlilovanın sosial şəbəkələrdə 1980-ci illərdə Azərbaycan Dövlət Televiziyasında efirə gedən Yeni il bayramı buraxılışından paylaşdığı görüntü marağa səbəb olub.

Unikal.org xəbər verir ki, Nərgiz Cəlilova diktor Sabir Ələsgərovla birgə təqdim etdiyi verilişdən qısa fraqmenti İnstaqram hesabında paylaşıb.

Sona qədər baxın, sovet dövründə "yoldaş", "tovarişi" ən populyar müraciət idi. Bu gün çox qəribə səslənir ! Yeni il ovqatı yaşanır artıq. Hörmətli diktorumuz Sabir Ələsgərovla birgə..." - deyə teleaparıcı qeyd edib.