Saatlıda yanğın hadisəsi qeydə alınıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Saatlı rayonu, Qaracalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.
 
Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​