Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. 

Unikal.org-un məlumatına görə, “Hind kinosu” adlanan yarışma 16 iştirakçının mübarizəsi ilə davam edib. İştirakçılar bu dəfə müğənni Mina Hüseyni SMS səsverməsinə çıxarıblar. 

Mina Hüseyn əvvəl  hədəfini açlıqlamasa da, sonradan  səs toplayarsa Taleh Yüzbəyovu  şoudan kənarlaşdıracağını deyib. 

Nəticədə Mina Hüseyn 52,01% səs toplayaraq gözlənilməz addım atıb.Belə ki, o şounu özü  tərk edib.