Bu gün saat 14.20 radələrində Kənar Dairəvi Yolda  - Maşın bazarının yaxınlığında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə məxsus 99-YP-355 dövlət nömrəli nişanlı avtomobil qəzaya uğrayıb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, yağışlı hava şəraitində yolun sürüşkən olması ilə əlaqədar idarəetmədən çıxan avtomobil yol kənarındakı uçuruma düşüb.

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.