Xristian-müsəlman qarşıdurması, yoxsa...
Xristian-müsəlman qarşıdurması, yoxsa...

Yaxud dünyada din davası gdir, yoxsa dən davası

Əvvəlcə qısa informasiya: Məhəmməd peyğəmbərin (s.ə.s) təhqir olunduğu filmlə bağlı müsəlman aləmində etirazlar artıq bir həftədir ki, davam edir. Pakistanın müxtəlif şəhərlərində filmə etiraz edən yüzlərlə müsəlman küçələrə axışıb. Etirazçılar ABŞ və İsrail əleyhinə şuarlar səsləndiriblər. Aksiyada iştirak edən Cammat-Ud-Dava partiyasının rəhbəri Hafiz Məhəmməd Səid bildirib ki, belə bir hərəkətdən sonra Amerika səfirliyinin bu ölkədə fəaliyyət göstərməsi qeyri-mümkündür. Onun sözlərinə görə, filmi istehsal edənlər ölüm cəzasına məhkum edilməyənədək səfir və onun əməkdaşlarının həyatları daim təhlükə altında olacaq.

Türkiyənin bir sıra şəhərlərində də filmlə bağlı Birləşmiş Ştatlar və İsrailə qarşı etiraz aksiyası keçirilib. İştrakçılar Birləşmiş Ştatlar və İsrail bayraqlarını yandırmaqla İslama qarşı yürüdülən siyasətə etirazlarını bildiriblər. Məhəmməd peyğəmbərin (s.ə.s) təhqir olunması Şərqdə olduğu kimi Qərb müsəlmanlarının da etirazlarına səbəb olub. Britaniyanın paytaxtı Londonda Birləşmiş Ştatların səfirliyi qarşısında baş tutan aksiyaya 1000-dən çox İslam tərəfdarı qatılıb. Aksiya iştrakçıları Amerikanın anti-islam siyasəti yürütməsini pisləyiblər.
Liviyanın müvəqqəti hökumətinin başçısı Məhəmməd Əl-Məqariəf isə Birləşmiş Ştatlar səfirliyinə edilən hücumla bağlı açıqlama verib. Dövlət televiziyalarından birinə müsahibə verən Əl-Məqariəf bildirib ki, səfirliyə edilən hücumun arxasında "Əl-qaidə" terror təşkilatı dayanıb.
Livanda "Hizbullah" partiyasının lideri Şeyx Həssən Nəsrullah Məhəmməd peyğəmbərə (s.ə.s) qarşı hörmətsizliyə görə dünya müsəlmanlarını fəal şəkildə etiraz etməyə çağırıb: "Belə çirkin işlər regionda sülh və əminamanlığı təhlükəyə atır. Bu isə, ümumilikdə, bütün dünyada sülh şəraitinin pozulmasına gətirib çıxara bilər. Peyğəmbəri təhqir edən kəslər filmi istehsal edən və Birləşmiş Ştatlar kimi onu dəstəkləyən ölkələrdir. Ona görə də, onlar məsuliyyətə cəlb olunmalıdırlar".
Birləşmiş Ştatların BMT-dəki səfiri Syuzan Rays isə bildirib ki, Liviya və region ölkələri Birləşmiş Ştatların səfirliklərinin və konsulluqlarının qorunması məsələsində məsuliyyəti öz üzərinə götürməlidir.
Xatırladaq ki, 11 sentyabr tarixində törədilən cinayət zamanı Birləşmiş Ştatların Lviyadaki səfiri Kristofer Stivins və 3 nəfər öldürülmüşdü. Amerika Birləşmiş Ştatlarının Misir və digər ərəb ölkələrindəki səfirlikləri anti-islam filminə etiraz olaraq davam edən aksiyalarla əlaqədar fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.

İndi isə...

Yuxarıdakı informasiya sözügedən mövzu ilə bağlı oxucuda səthi anlayış yaratmaq üçün idi. Ola bilər ki, baş verənlərin əsil təbiəti barədə bundan sonrakı mülahizələrimizi kimsə qəbul etməz və bu, təbiidir. Amma bizim də təbii haqqımız var ki, öz fikirlərimizi auditoriya ilə bölüşək.

Sonuncu xristian və
sonuncu müsəlman

Statistik məlumatlara görə, hazırda dünyada, təxminən, bir milyarddan bir az artıq xristian var.
Və yenə də statistik məlumatlara görə, hazırda dünyada, təxminən, elə bu civarda da müsəlman var. Necə deyərlər, özlərini Allahın bəndələri və yaxud qulları hesab edənlər sayca bərabərdirlər. Biclik və prinsipiallıq baxımından isə yelə göy qədər fərqləri var. Məsələnin bu tərəfinə çox da varmayacağıq. Elə mövzumuz da bu deyil ki, niyə xristianlar hazırda dünyaya hökm edirlər, müsəlmanlar isə, sadəcə, bir-birləri ilə boğuşurlar. Və boğuşduqca da zəifləyirlər, xristianların yeminə çevrilirlər.
Bizi maraqlandıran başqa bir məsələdir.
Məsələmiz də bu: ümumiyyətlə, dünyada xristian varmı? Varsa, nə qədərdir?
Və yaxud ümumiyyətlə, dünyada müsəlman varmı? Varsa, nə qədərdir?
Dahi və ekstravaqant alman filosofu Nitsşe hələ XIX əsrin sonunda yazırdı ki, "Sonuncu xristian Qolqofda çarmıxa çəkildi".
Nitsşe "sonucu xristian" deyəndə İsa peyğəmbəri nəzərdə tuturdu.
İlk baxışdan onun bu fikri adama çox qəribə gəlir. Bəs o boyda Vatikan? Bəs Roma papaları? Bu qədər kilsələr? Rahiblər və rahibələr? Bəs bunları neyləyək? Hara qoyaq?
Amma tarixi və İsa peyğəmbərin müjdələrini yaxşı-yaxşı incələyəndə istər-istəməz Nitsşeyə haqq qazandırmalı olursan.
Fikrimizi
konkretləşdirək.

Papalıq tacına yiyələnmək naminə yüz əxlaqsızlıqdan çıxmış, qanlar tökmüş, Vatikanın divarları arasında homoseksualizmlə məşğul olmuş kardinalların, arxiyepiskopların nəyi və harası xristian idi?
Orta əsrlərdə müsəlman ölkələrinə səlib yürüşləri təşkil edib minlərlə günahsız insanı, qadını, qocanı, körpəni qılıncdan keçirən cəngavərlərin nəyi və harası xristian idi?
Yaxud milyonlarla insanın həyaına son qoymuş Adolf Hitlerin nəyi və harası xritian idi?
Xirosima və Naqaskiyə atom bombası atmağı əmr edənlərin və bu əmri icra edənlərin nəyi və harası xristian idi?
1987-ci ildə Spitak zəlzələsi baş verəndə soydaşlarımzı borunun içinə yığıb borunun hər iki ucunu elektroqaynaqla bağlatdıran və yaxud 1905-1918-ci illərdə minlərlə Azərbaycan türkünü diri-diri yandıran ermənilərin nəyi və harası xristian idi?

Gələk müsəlmanlara...

Sözarası: bu sətirlərin müəllifi hələ 2006-cı ldə yazırdı ki, "İslam dini Həzrət Muhəmmədin (s.v.s.) özü il bərabər dəfn edilib". (Və istərdik ki, oxucu bizim səmimiyyətimizə inansın: həmin fikirləri yazanda Nitsşeni İsa peyğəmbər barədə dediklərindən xəbərsiz idik...)
İskəndəriyyə şəhərindəki milyon yarım kitabı şəhərin hamalarını isitmək üçü yandırmağı əmr edən ərəb xəlifəsi Ömərin nəyi və harası müsəlman idi? (Ömər: "Bu kitablarda yazılanlar Quranda varsa, onlar nəyə lazımdır? Yoxdursa, nəyə laızmdır?" Bunun adı vandallıqdır!)
İsdal dinini xilas etmək adı ilə müsəlman ölkələrini bir-bir qılıncdan keçirən və təkcə Təbrizdə 14 min nəfəri diri-diri divara hördürən həşəmətli Əmir Teymurun nəyi və harası müsəlman idi?
Minlərlə müəlman ərəbin, kərkükün, kürdün həyaına son qoymuş Səddam Hüseynin nəyi və harası müsəlman idi?
Hakimiyyət naminə on mindən çox müsəlman liviyalını qırmış Müəmmar Qəddafinin nəyi və harası müsəlman idi? Və yaxud Qəddafini elə Qəddafi əxlaqı ilə öldürmüş liviyalıların nəyi və harası müsəlmandir?
Bu gün Suriyada minlərlə vətəndaşını gülləbəran etdirib öldürtdürən Bəşər Əsədin nəyi və harası müsəlmandır?
Öz milli mənsubiyyətinə həqarətlə yanaşan Seyid Əli Xamneyinin nəyi və harası müsəlmandır?
Bu suallar silsiləsini bir xeyli uzatmaq olardı. Amma, fikrimcə, bunlar da yetər...
Hansı dava?

Hazırda avropalılarla şərqlilər arsında gedən söz atışması, hədə-qorxunun nə islama dəxli var, nə də xristianlığa.
Əgər bu cəfəng dartışmanı bu dinlərə aid ediriksə, bu, artıq Allaha rişxənd etməkdir.
Hərçənd ki, insanoğlunda min illərdir ki, belə bir şakər yaranıb: dini və allahı öz istədiyi şəkildə yozumlamaq və bunu zorla başqalarının qafasına taxmaq.
Amma məsələ başqa cürdür. Dünyada yenə də din davası deyil, dən davası gedir.

Dava davam edir

ABŞ dövlət katibi Klinton da baş verənlərdən yamanca əndişələnib:
"Bu hücum yəqin ki, bütün dünyada insanların vicdanına təsir edib. Biz bunu qınayırıq və ölənlərin ailələrinə baş sağlığı veririk. Bu gün özümə belə bir sual verdim. Demokratiya əldə etməsi üçün dəstək olduğumuz bir ölkədə bu hadisələr necə baş verə bilər? Bu dünyanın necə mürəkkəb və qarışıq bir yer olduğunu göstərən hadisədir. Biz sayıqlığı itirməməliyik. Ən azından bu Lviya xalqı tərəfindən deyil, kiçik dəstə qrup zorakı insanlar tərəfindən törədilən bir hadisədir. Bu hadisə dostluğumuz zərər verməyəcək. Azad və stabil Liviya Amerikanın hələ də marağındadır. Biz bu ölkəyə arxamızı dönməyəcəyik. Lakin cinayətkarlar tapılıb cəzalandırılmayanadək də sakit oturmayacağıq".
ABŞ prezidentliyinə namizəd olan Mit Romninin məsələ ilə bağlı mövqeyi isə sərt olub. Romni bildirib ki, filmdə peyğəmbərin təhqir olunmasına görə, ABŞ hökumətinin İslam dünyasından üzr istəməsi və ya filmin istehsalçısının mühakimə olumnası kimi addımlar atması yol verilməzdir. Bu barədə fikir söyləyən Romni qeyd edib ki, "Amerika hadisə ilə bağlı üzr istəməklə deyil, ölkənin suverenliyinin pozulmasına görə, qəzəbini ifadə etməklə reaksiya verməlidir", - deyə Romni əlavə edib.
Fransanın xarici işlər naziri Loran Fabiüs da, həmçinin, belə bir zorakılığın yol verilməz olduğunu qeyd edib.
Bu arada, ABŞ hərbi qüvvələri Liviyaya iki hərbi gəmi göndərib. Rəsmilər təhlükəsizliyi təmin etmək məqsədilə əməliyyatlara başladıqlarını bildiriblər.

İslamla bağlı qalmaqallı filmin rejissoru gizlənir

Sem Beysil İsrail vətəndaşı olduğunu, filmin isə Misir xristianlarının yardımı ilə çəkildiyini bildirib
ABŞ-ın diplomatik nümayəndəliklərinə hücuma səbəb olan qalmaqallı filmin rejissoru Sem Beysil gizlənir. Xarici informasiya agentliklərinin rejissora istinadən yaydığı məlumata görə, o, həyatından əndişələnir.
Sem Beysil İsrail vətəndaşı olduğunu, filmin isə Misir xristianlarının yardımı ilə çəkildiyini bildirib. O, bəyan edib ki, Benqazidə konsulluğa hücum zamanı amerikalı diplomatların qətlindən təəssüflənir.
ABŞ Qərargah rəislərinin Birləşmiş Komitəsinin rəhbəri general Martin Dempsi qalmaqallı pastor Terri Consla telefonla danışıb və onu filmi dəstəkləməməyə çağırıb. Bəzi məlumatlara görə, müsəlmanların hiddətinə əvvəllər Quran nüsxəsini yandıran Terri Consun çıxışı səbəb olub.
ABŞ prezidentliyinə namizəd Mitt Romni hazırkı prezident Barak Obamanı baş verən hadisələrə yumşaq münasibətdə ittiham edib. O, Misirdəki ABŞ səfirliyinin filmə görə müsəlmanlardan üzr istəməsini xüsusilə pisləyib. Demokratlar və bəzi respublikaçılar isə milli matəm günlərində Mitt Romninin davranışlarını tənqid ediblər.

Savalan