Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,  1 nəfərin barmağında dəmir halqa qalıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Zarağan kəndində 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin etmişlər. Əməliyyat başa çatıb.