Müğənni Nigar Camal yayılan gəlinlik geyimindəki fotolarından danışıb. 

Unikal.org-un məlumatına görə, sənətçi sosial şəbəkədə bildirib ki, hətta qohumları da onun yenidən ərə getdiyinə inanıblar:

"Bu şəkil sosial şəbəkədə yayılandan sonra bir həftənin içində nə qədər anama zənglər gəlib: dostlardan, işçilərdən, adi tanışlardan. Hamı təbrik elədi. Ən gülməlisi, qohumlar da zəng edir dalbadal ki, niyə bizdən gizlətmisiz. Anam bezə-bezə deyir ki, “Nigardı da, həmişəki kimi məzələndi”. İnanmırlar. Anama deyirəm, heç kim görmədi ki, Afaq idman geyimində, Sevda isə Sindirella paltarındadır?".