Bakıda zəncirvari qəza olub.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə akademik Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Qəzada iştirak edən hər üç avtomobil - "Mercedes C class", "Mercedes S class" və "Gelandewagen" markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Qəza nəticəsində "Gelandewagen" markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.