Bakıda partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının dekabrın 19-da keçirdikləri növbəti reydlər zamanı Müşfiqabad qəsəbəsi ərazisində 2 mağazadan ümumilikdə 1582 ədəd, “Sədərək” ticarət mərkəzindəki mağazalardan isə 2084 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.