Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapılıb.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, kəndin kənarında, meşəlik ərazidə yerləşən və ən yaxın qonşusu ilə 200 metr məsafəsi olan evdən 1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlunun meyiti aşkarlanıb. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, çarpayıda uzanıqlı vəziyyətdə olan şəxsin baş nahiyəsi döşəməyə tərəf sallanmış vəziyyətdə qalıb və vəhşi heyvanlar onun bədənini, xüsusi ilə baş və boyun nahiyəsini parçalayıblar. Evdən vəhşi heyvanların izləri də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.