Sumqayıtda azyaşlı mənzildə  köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər 47-ci məhəllə, ev 1-də yaşayan 2014-cü il təvəllüdlü Ərhun Zaur oğlu Məmmədzadə yaşadıqları evdə bağlı qapı arxasında olub.

Daha sonra azyaşlının atası  jurnalist Zaur Məmmədov (Əhməd) FHN-nin qaynar xəttinə zəng edərək kömək istəyib. Dərhal hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər qonşu mənzilin eyvanından 3-cü mərtəbədə yerləşən mənzilə daxil olublar. FHN-nin əməkdaşları tərəfindən xilas edilən azyaşlı aidiyyəti üzrə ailəsinə təhvil verilib. Jurnalist Zaur Əhməd operativ reaksiyaya görə FHN əməkdaşlarına təşəkkür edib.

Famil Fərhadoğlu