Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Salmanlı kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə motosikletin toqquşması nəticəsində Salyan rayonunun Çuxanlı kənd sakinləri - 1972-ci il təvəllüdlü Mirzəyev Rauf Abdulhəsən oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Mirzəyev Seymur Abdulhəsən oğlu xəsatər alıb. Onların hər ikisi motosikletdə olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.