“Roma” rəhbərliyi son zamanlar adı “Bavariya”, “Arsenal”, “Tottenhem” kimi klublarla yanaşı çəkilən Cengiz Ündəri komandada saxlamaq üçün hərəkətə keçib.

Unikal.org İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu aşağı məbləğə satmaq istəməyən “canavarlar”, onunla müqavilənin müddətini qış transfer dövründə uzadacaq.

“Roma” ilə 2022-ci ilədək müqaviləsi olan Cengiz, 2017-ci ildə 13,5 milyon avro müqabilində “Başakşəhər”dən transfer olunmuşdu.

Türkiyəli futbolçu cari mövsümdə “Roma”nın heyətində iştirak etdiyi 20 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə verib.