Kürdəmir rayonunda soyğunçuluq hadisəsi baş verib. Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da Kürdəmir rayonunun Atakişili kəndi ərazisində naməlum şəxs kənd sakini olan bir qadına zor tətbiq edib içərisində pul və mobil telefon olan çantasını alıb. Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Mürtülü kənd sakini Namiq Osmanov saxlanılıb.
Araşdırmalar davam etdirilir.