Türkiyənin 11-ci prezidenti Abdullah Gülün müşaviri işləyən jurnalist Əhməd Severə qarşı ittiham irəli sürülüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror təşkilatı üçün təbliğat aparmaq iddiası ilə əlaqədar Əhməd Severə qarşı cinayət işi açılıb və istintaq aparılır.

Ankara Baş Prokurorluğu tərəfindən başlayan istintaq işi yekunlaşdırılaraq, İstanbula Prokurorluğuna göndərilib.