20 May 2019
19 May 2019
Baş katib İlham Əliyevi təbrik etdi
Baş katib İlham Əliyevitəbrik etdi SİYASƏT 17:10 2018-12-21

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Unikal.org-un xəbərinə görə, məktubda deyilir: 

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır.

2018-ci il dekabrın 31-də mənim Baş katib vəzifəsində səlahiyyət müddətim başa çatır. Bununla əlaqədar, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işlərinə daimi və səmimi diqqətinizə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakı mühüm regional və beynəlxalq problemlər üzrə Bakı ilə ŞƏT arasında konstruktiv əməkdaşlığın təşəkkülü və inkişafı üçün geniş imkanlar açacaq.

İcazə verin, fürsətdən istifadə edərək Sizə qarşıdan gələn yeni, 2019-cu il münasibətilə təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə daha böyük nailiyyətlər arzularımı bildirim".