22 Avqust 2019
Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi
Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi  təsdiqləndi İQTİSADİYYAT 20:58 2018-12-21

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. 

Unikal.org-un məlumatına görə, qanunda deyilir:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.