Türkiyənin Tunceli vilayətində PKK-çıların gizləndiyi mağara Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilib.

Unikal.org xəbər verir ki, 1 kilometr  uzunluqda olduğu ehtimal edilən mağaranı 2 qırıcı bombalayıb.

Mağarada PKK-nın yüksək rütbəli döyüşçülərinin də olduğu ehtimal edilir.

Qeyd edək ki, mağaranın yeri dünən müəyyən edilmişdi və orada 30 terrorçunun olduğu deyilirdi.