17 Sentyabr 2019
16 Sentyabr 2019
Prezident bu hakimlərin yerini dəyişdi - SİYAHI
Prezident bu hakimlərin yerini dəyişdi -SİYAHI CƏMİYYƏT 22:49 2018-12-21

Prezident İlham Əliyev bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Səxavət Şahhüseyn oğlu Bəylərli Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Siyavuş Həbib oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

İlham Ağa oğlu Mahmudov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Natiq Mürsəl oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Camal Cumar oğlu Ramazanov Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib;

Zülfüqar Əziz oğlu Əhmədov Sədərək Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Kəngərli Rayon Məhkəməsinin hakimi təyin edilib;

Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sədərək Rayon Məhkəməsinin hakimi təyin edilib;

Səadət Rəşid qızı Səlimova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib;

Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin edilib;

Rəşad Məhəmməd oğlu Həsənov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi təyin edilib;

Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilib;

Kəramət Fətəli oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Anar Adil oğlu Qasımov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Leyla Oruc qızı Talıbova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Anar Firdovsi oğlu İbrahimov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Emin Əlixan oğlu Mehdiyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib;

Vaqif İskəndər oğlu Həsənov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib;

Zülfüqar Əhməd oğlu Sadiqov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib;

Elman Tofiq oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib;

Rəfayil Əfraddin oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilib;

Vladimir Yefimoviç Ruvinov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xaçmaz Rayon Məhkəməsinin hakimi təyin edilib;

Nemət Əlimusa oğlu Musayev Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qazax Rayon Məhkəməsinin hakimi təyin edilib;

Abbas Baba oğlu Əliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilib;

İlqar Aslan oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Quba Rayon Məhkəməsinin hakimi təyin edilib;

Kamran Şakir oğlu Süleymanov Şəki Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi təyin edilib;

Ağarza Hacırza oğlu Səmədov Qazax Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Salyan Rayon Məhkəməsinin hakimi təyin edilib;

Rövşən Elbrus oğlu Xəlilov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Nurəddin Abuzər oğlu Bağırov Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sabirabad Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.