Bu gecə saat 02:22-də Azərbaycana qış fəsli daxil olub.

Unikal.org xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bununla da payız fəsli başa çatıb, ölkə ərazisində qış fəsli başlayıb.

Bu gecə həm də Çillə gecəsidir, bu gündən etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək.

Qeyd edək ki, dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsidir. Bu gündən etibarən gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.

Azərbaycana bahar fəsli martın 20-də qədəm qoyacaq. Yazın gəlişi ilə gecə və gündüz bərabərləşəcək.