Gəncə şəhərində baş verən yanğın nəticəsində bir nəfər ölüb. 

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. 

Belə ki, yaşayış evinin yaxınlığında olan yarımçıq tikilidə baş vermiş yanğın zamanı, 1952-ci il təvəllüdlü Yüsif Əvəz oğlu Həsəntur yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.