İranda fırıldaqçılıqda ittiham edilən və "beton sultanı" kimi tanınan Həmid Rza Baqiri Derməni edam edilib.

Unikal.org-un trend-ə  istinadən məlumatına görə, Tehranın İctimai və İnqilab Məhkəməsinin H.B.Derməni və onun yaratdığı şəbəkə ilə əlaqədə olan şəxslərlə bağlı 25 mindən çox cinayət işinin istintaqı yekunlaşıb.

Cinayət işi "Jey" Neftayırma Şirkəti, Milli Bank, Turizm Bankı, "Eqtesade-Novin" Valyuta Dəyişmə Məntəqəsi, "Saman Məcd" İnvestisiya Şirkəti kimi iri müəssisələrin şikayəti əsasında açılıb.

"Beton sultanı" dəstə təşkil edərək cinayətkar işlər görmək, saxtakarlıq, rüşvət vermək, saxta şirkətlər qurmaqla, ümumilikdə 10 trilyon rial həcmində (təxminən 239 milyon dollar) fırıldaqçılıq etməkdə günahlandırılıb.