16 İyun 2019
15 İyun 2019
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb İQTİSADİYYAT 19:29 2018-12-22

Cari ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6616,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, vəsaitin 3496,7 milyon manatı heyvandarlıq, 3119,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 4,6 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,7 faiz, bitkiçilik məhsulları isə 6,6 faiz artıb.