Klublararası dünya çempionatı-2018-in qalibi bəlli olub. 

Unikal.org xəbər verir ki, final görüşündə "Real" (Madrid) və "Al Ayn" (BƏƏ ) klubları qarşılaşıb. Matç İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Madrid klubu tarixində dördüncü dəfə (2014, 2016, 2017, 2018) bu turnirin qalibi olub. Bu isə rekord göstəricidir.