"Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarından sonra Türkiyədən 300 minə yaxın suriyalı qaçqın öz ölkəsinə qayıdıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 
Nazirin sözlərinə görə, 2018-ci ilin əvvəlindən Türkiyədə 251794 qanunsuz miqrant saxlanılıb. Bu, ötən illə müqayisədə 56 faiz çoxdur.

Hazırda Türkiyədə 4,5 milyon qaçqın var.