İsrailin Baş naziri Benyamin Netanyahu prezidentimiz Ərdoğanın həqiqətləri deməsindən yenə çox narahat olub.

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

"Ölkəsində istintaqlarla başı bəlada olan Netanyahu diqqətləri üzərindən dağıtmağa çalışır. Əbəs yerə, İsrailin işğal və zülm siyasətini heç bir şəkildə ört-basdır edə, prezidentimizi susdura bilməzlər", - Qalın bildirib.

Qeyd edək ki, Netanyahu Tvitter hesabında Türkiyəni Şimali Kipri işğal etməkdə və kürd kəndlərində qırğın törətməkdə ittiham etmişdi.