Suya düşərək  batmaq təhlükəsiylə üzləşən pişik it tərəfindən xilas edilib.

Unikal.org- un məlumatına görə, suya yıxılan pişik oradan çıxa bilmədiyindən ona it kömək etməli olub. Belə ki, pişiyin batdığını görən it suya atılaraq pişiyi belinə alıb və onu qururuya çıxarıb.

Bu xilasetmə isə bir nəfər tərəfindən telefonla lentə alınıb. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.