Azərbaycan kubokunda 2018-19 mövsümünün final matçının keçiriləcəyi məkan bəlli olub.

Unikal.org xəbər verir ki, qol.az-ın əldə etdiyi xəbərə görə, həlledici qarşılaşma ötən mövsüm olduğu kimi bu dəfə də Qəbələdə keçiriləcək. Bununla bağlı rəsmi qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, finalın Gəncə şəhər stadionunda və Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi ehtimalı da var idi. Ancaq Gəncə stadionunun işıqlandırılmasında problem olduğu üçün bu variant alınmayıb.

Əlavə edək ki, mayın 19-da keçiriləcək final uğrunda "Sumqayıt” – "Zirə” və "Qəbələ” – "Qarabağ” cütləri mübarizə apacaq.