Artıq Yutub sayəsində pul qazanılıb-qazanılmadığı mübahisələrinin əvəzinə, dünyanın hər yerində yutuberlərin gəlirlərinin nə qədər olduğu haqda mübahisə və müzakirələr yaşanır.

Unikal.org  musavat.com-a istinadən bildirir ki, bu ilin ən çox qazanan yutuberinin isə cəmi 8 yaşı var. Bəs, o, bunu necə bacarıb?

Bu suala aşağıdakı bəndlərlə cavab verməyə çalışacağıq.

Yaradıcı olmaq

Yutub yaradıcı, hər gün nəyisə kəşf edə bilən beyinlərə böyük bir şans tanıyır. Bir neçə saniyəlik qısa videolar, bir neçə dəqiqəlik qısa filmlər və ya fərqli videoroliklər... Bura hər an yeni videolar, hər an yeni ulduzlar və hər an yeni məzmunlarla qarşılaşmağın mümkün olduğu bir dəryadır.

Heç də asan deyil, onlarla yeni məzmun lazımdır

Bu video platformasının içində fərqlənməyin özü ən böyük qabiliyyətdir. Belə ki, geniş bir arxivə sahib olan yutubda, fərqli iş ortaya qoymasan, heç bir nəticəyə nail ola bilməyəcəksən.

Bunun yolu isə durmadan yeni məzmunlu videolar yükləmək, hər gün yeniliklərlə özünə izləyici yığmaqdır.

Uşaqlar və gənclərlə bağlı videolar daha çox pul və izləyici qazandırır

"Yutub okeanı"nda ən çox izlənən videolar uşaqlarla bağlı olan videolardır. Cizgi filmləri, fərqli-fərqli animasiyalar, oyuncaqların təqdimatı, uşaq mahnıları geniş izləyici kütləsi yığmağa səbəb olur.

Burada əsas məsələ məzmunun doğru seçilməsidir. Bu isə öz növbəsində videoların təkrar izlənməsinə gətirib çıxarır. Artıq belə bir deyim də var:

"Dünyanın hər yerindən olan uşaqlar yutubda bir araya gəlirlər."

8 yaşlı uşaq bütün bunları necə bacardı?

8 yaşında olan Ryan yutub kanalından 22 milyon dollar qazanıb. Ryan bu fantastik məbləği özünün "Ryan ToysReview" kanalı vasitəsilə 1 ilə qazanıb.

Abunə sayı 17 milyondan çox olan "Ryan ToysReview" kanalı 2015-ci ildən fəaliyyət göstərir. Açıldığı vaxtdan bu günə qədər kanala yüklənən hər videoya 1 milyondan çox baxış sayı gəlib.

Ryan bu kanalda nələrdən bəhs edir?

8 yaşlı Ryan kanalında sadəcə, yeni çıxan oyuncaqlar haqda məlumatlar verir. O, aldığı oyuncaqları qutusundan çıxarır, oyuncağın funksiyalarından danışır və onu kanalı vasitəsilə izləyicilərinə təqdim edir.

Bundan 3 il əvvəl, 5 yaşındaykən başladığı və sadəcə, bəsit oyuncaqların təqdimatını edən Ryan hazırda milyonlarla dollar qazanır.