C. Hacıbəyli və A.Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar hazırda A.Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar R.Behbudov küçəsindən C.Hacıbəyli küçəsi istiqamətində A.Bakıxanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.