Biləsuvar rayonunun Bəydili kəndində ümumi sahəsi 480 m² olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində 2 otağın döşəməsi 60 m² sahədə və tavanı 100 m² sahədə yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.