Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un xəbərinə görə, yeraltı təklanların episentri Katsuura şəhərindən (Tiba prefekturası) 185 kilometr cənub-şərqdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.