Bakıda qətl törədilib.

Unikal.org Open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Atatürk propekti 2A ünvanında qeydə alınıb.

İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar Murquzov aralarında yaranmış mübahisə zəminində Azərbaycan Texniki Universitetinin tələbəsi, 18 yaşlı Elman Elyar oğlu Xəlilovu bıçaqlayaraq öldürüb.

Həyata keçirilən tədbirlər nəticəsində Rauf Murquzov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.