ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin Dunçji (Qışın zirvəsi) bayramına həsr olunan tədbir keçirilib.

Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Dunçji bayramının ənənəvi Çin təqviminin ən əhəmiyyətli mövsümlərindən biri kimi Çin mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək, onun yaranma tarixi və əsas fəlsəfəsi haqqında ümumi məlumat verib.

Konfutsi İnstitutunun əməkdaşı Chen Chunyan bayramın adət-ənənələri, Dunçji əfsanələri və mərasimləri barədə məlumat verib, Dunçji rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib. Daha sonra ADU-nun Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin ifasında Çin xalq mahnıları, “Mənim ədalətli şahzadəm”, “Kiçik xoşbəxtlik”, “Kiçik Qız” adlı  musiqi nömrələri ilə konsert keçirilib.

Sonda tədris ili ərzində göstərdikləri aktiv fəaliyyətə görə Konfutsi İnstitutu və ADU-nun  çinşünaslıq ixtisası üzrə təhsil alan fəal tələbələri mükafatlandırılıb.